Cənab Ortaq copertina

Cənab Ortaq

Cənab Ortaq

Di: Afgan & Emil
Ascolta gratuitamente

Offerte di stagione | 0,99 €/mese per i primi 3 mesi

A seguire 9,99 €/mese – si applicano condizioni. Puoi disdire mensilmente.
A proposito di questo titolo

İnvestisiya dünyası mürəkkəb görünə bilər, lakin uğura gedən yol artıq məşhur ustadlar tərəfindən cızılıb. "Cənab Ortaq" podkastında biz maliyyə aləminin sirrini açır, Uorren Baffetdən Piter Linçə qədər dünya şöhrətli investisiya qurularının strategiyalarını sadə dildə sizə təqdim edirik.

Hər buraxılışda biz:

  • Ustadların Dərsləri: Əfsanəvi investorların prinsip və yanaşmalarını təhlil edirik.
  • Sənaye Analizi: İnvestisiya baxımından cəlbedici görünən sektorları və şirkətləri araşdırırıq.
  • Peşəkar Baxış: İki investisiya mütəxəssisinin səmimi söhbəti ilə mürəkkəb rəqəmləri aydın fikirlərə çeviririk.

İstər yeni başlayan, istərsə də təcrübəli investor olun, bu podkast sizin maliyyə dünyasındakı etibarlı "ortaq"ınız olacaq.

canabortaq@gmail.com
Economia Finanza personale
  • 1.75 Trilyon Dollar - Dəyərdir yoxsa Köpük?!
    Aug 23 2026

    1.75 Trilyon Dolları kim əsaslandıracaq? Elon Musk və SpaceX Real Sınaqda

    “Price is what you pay, value is what you get” — yəni “sən “qiymət”-i ödəyib, “dəyər”-i əldə edirsən”. Məşhur investor Charlie Munger-in bu sözləri ilə başlayan “Cənab Ortaq” podkastının beşinci buraxılışında Əfqan və Emil mühüm bir suala cavab axtarmaq üçün üz-üzə gəlirlər.

    PAŞA Bankın səhmlərinin İPO-su ilə gündəmi zəbt edən mövzuların kölgəsində qalan, 1,75 trilyon dollarlıq vahiməli dəyərləməsi ilə hər kəsi heyrətləndirən SpaceX-in DƏYƏR-I nə qədər reallığı əks edir? Həqiqətənmi kosmosun fəthi və Starlink rabitəsi çox perspektivlidir, yoxsa bizə sadəcə süni intellekt illüziyası və vakuum satırlar?!

    Biri Elon Musk-ın atdığı addımları və “hayp” yaradan tərəfləri sərt şəkildə tənqid edən, digəri isə elmi-riyazi yanaşmaya, sürətli böyüməyə və təkrar istifadə olunan raketlərin yaratdığı möcüzəyə inanan iki dost canlı bir eksperimentə imza atırlar. SpaceX-in S-1 sənədindəki gizli təsnifat kodundan tutmuş, xAI və X (Twitter) sövdələşmələrinə, illik 100%-dən çox artan Starlink abunəçi sayından tutmuş, İPO-dan sonrakı "lock-up" dövrünün yaradacağı qiymət təzyiqlərinə qədər hər məqam incələnir. Boeing, AT&T və ya Nebius kimi nəhəng rəqiblərlə aparılan müqayisələr maliyyə dünyasının pərdəarxası məqamlarını üzə çıxarır. Vaxtı ilə Amazon-un dotkom köpüyündə 95% dəyər itirərkən Jeff Bezos-un nümayiş etdirdiyi cəsarət və uzaqgörənlik bu gün Elon Musk üçün də keçərlidirmi?

    Sonda isə hər şey tək bir suala gəlib çıxır: Siz Elon Musk-ın ideyalarına və əsasən də həmin ideyaları həyata keçirmək gücünə, cəsarətinə inanırsınızmı? Həm maarifləndirici, həm də səmimi mübahisələrlə dolu bu həyəcanlı maliyyə deyişməsini qaçırmamaq üçün elə indi düyməni sıxın və bizə qoşulun!

    Mostra di più Mostra meno
    29 min
  • Soğan olsun, Nağd olsun ya Ömürlük Qohumluq: Şirkətləri Necə Alaq?!
    Jun 10 2026

    "Cənab Ortaq" podkastının dördüncü buraxılışında Əfqan və Emil investisiya dünyasının ən çox verilən, lakin bəlkə də verilməsi tələsik olan sualına işıq salırlar: "Səhmləri necə və hardan alaq?" Emil hər kəsi bir anlıq ayaq saxlamağa və tələsməməyə çağırır; çünki səhm almamışdan əvvəl iqtisadiyyatı, bazarı və ən əsası şirkətləri təhlil etmək lazımdır. Bəs bu dərin və bəzən mürəkkəb görünən təhlil yoluna hardan başlamalı, hara baxmalı və nəyi oxumalıyıq? Hostlarımız söhbəti ən etibarlı mənbədən – şirkətlərin öz rəsmi maliyyə hesabatlarından, yəni SEC-in pulsuz EDGAR portalında və "Investor Relations" səhifələrində tapılan 10-K və 10-Q formalarından açırlar. Gəlir və xərc hesabatlarının menecmentin müxtəlif mülahizələrindən asılı olaraq manipulyasiya edilə biləcəyini, lakin pul axınını gizlətməyin demək olar ki, qeyri-mümkün olduğunu vurğulayan Emil, ən vacib metrik kimi nağd vəsaitləri önə çıxarır. Bu məqamda Əfqanın dilindən qopan məşhur atalar sözü epizodun ana xəttinə çevrilir: "Soğan olsun, nağd olsun!"

    Emil son dövrlərdə süni intellekt bumu ətrafında OpenAI, NVIDIA və Oracle kimi nəhənglərin kağız üzərindəki satış oyunlarından və milyardlarla dollarlıq süni manipulyasiyalardan danışır. Əfqan bu prosesdə bəzi investorların necə "soğan yeməyə" məcbur qaldığını xatırladır. Bəs bir şirkətin yaxşı və ya pis performans göstərdiyini necə anlayırıq? Aleksandr Dümanın "Həqiqət müqayisə edildikdə bilinir" ifadəsinə söykənən dostlarımız, Microsoft və Intuit şirkətlərinin P/E əmsallarını müqayisə edərək "Cənab Bazarın" illər içində dəyişən bədbin və nikbin emosiyalarını təhlil edirlər. Onlar Finviz, Yahoo Finance və Google Finance kimi “screener” saytlarının bu müqayisələrdə bizə necə süzgəc rolunu oynadığını və böyük kütlədən potensial şirkətləri necə seçdiyini əyani şəkildə izah edirlər.

    Epizodun ən maraqlı və emosional məqamlarından biri isə analitiklərin proqnozları və "şayələrə inanıb al, faktlara söykənib sat" sindromu ilə bağlıdır. Bir şirkət mükəmməl hesabat açıqlasa belə, səhmlərinin niyə "quppultuyla" yerə düşdüyünün sirri məhz “gözlənti”lərdə gizlənib. Uzunmüddətli investisiya üfüqünə sahib olmaq istəyənlər üçün isə Warren Buffett-in "elə biznesə yatırım edin ki, onu bir axmaq belə idarə edə bilsin" tövsiyəsi, həmçinin CEO-ların səhmdarlara yazdığı illik məktublar və canlı "earnings call" konfrans zəngləri ən etibarlı bələdçi kimi təqdim olunur. Əfqanın şirkət seçməyi bir qohumluq münasibətinə bənzətməsi, onun ailə mühitinə, tarixinə və menecmentin daxili mədəniyyətinə verdiyi önəm söhbətə fərqli bir fəlsəfi dərinlik qatır. Bazarın 20% analiz, 80% isə insan psixologiyasından ibarət olduğunu xatırladan bu maraqlı, lətifəli və səmimi söhbətə qoşulmaq, növbəti investisiya qərarlarınızda daha müdrik addımlar atmaq üçün elə indi "Play" düyməsini sıxın!

    Epizodda qeyd edilmiş məxəzlər:

    Yahoo Finance

    Google Finance

    FinViz Financial Visualizations

    SEC's Electronic Data Gathering, Analysis, and Retrieval (EDGAR) system

    Yeni buraxılışlarımızı qaçırmamaq üçün kanalımıza abunə olmağı və bu faydalı məlumatları dostlarınızla paylaşmağı unutmayın.

    Mostra di più Mostra meno
    20 min
  • Məhşur olmayan müdrik - Hovard Marks
    May 15 2026

    Bu epizodda biz elə də məşhur olmayan investor Hovard Marksın investisiya fəlsəfəsində ən vacib dərslərini sadə dildə izah edirik.

    Əfqan və Emil öz araşdırmalarını və öyrəndikləri maraqlı məlumatları hər kəs üçün səmimi və anlaşılan dildə bölüşürlər.

    Bu buraxılışda dünyanın ən uğurlu investorlarından sayılan Hovard Marksın 40 illik təcrübəsinə nəzər salırıq. Biz burada riskin nə olduğunu, bazarların necə hərəkət etdiyini və emosiyalara necə qalib gəlməyi müzakirə edirik.

    Bu epizoddan öyrənəcəyiniz əsas dərslər:

    · Əsl risk nədir? Qiymətlərin hər gün aşağı-yuxarı oynaması qorxulu deyil. Əsl risk — pulu birdəfəlik itirməkdir.

    · Bazarın kəfkir hərəkəti: Qiymətlər heç vaxt eyni yerdə qalmır. Hərislik və qorxu arasında yellənən bazarda hamı eyni tərəfə qaçanda siz nə etməlisiniz?

    · Kütlənin əksinə getmək (Kontrarianizm): Ən yaxşı fürsətlər hamının qorxub qaçdığı, "dünyanın sonudur" dediyi böhran anlarında gizlənir. Uğurun sirri yaxşı şirkəti sadəcə baha yox, su qiymətinə, yəni çox ucuz almaqdır.

    · İnvestorun ən böyük düşməni: Bazar yox, insanın öz emosiyalarıdır. Mağazada endirim sahəsində sevindiyimiz halda, səhmlərin qiyməti düşəndə niyə qorxuruq? "Fürsəti qaçırmaq qorxusu"na (FOMO) necə qalib gəlməli?

    · Şans, yoxsa bacarıq? Bir-iki dəfə bəxtiniz gətirə bilər, amma uzunmüddətli uğur üçün səbirli bir idmançı kimi düzgün anı gözləməyi bacarmalısınız.

    Marksın bir misalını heç vaxt unutmayın. Orta dərinliyi 1.5 metr olan çayı keçərkən boğulan hündürboylu adamın hekayəsi bizə göstərir ki, orta rəqəmlərə kor-koranə inanmaq təhlükəli ola bilər.

    Epizodda qeyd edilmiş məxəzlər:

    The Most Important Thing: Uncommon Sense for the Thoughtful Investor

    Memos From Howard Marks

    Howard Marks - Co-founder of Oaktree | Podcast | In Good Company | Norges Bank Investment Management

    Nassim Nicholas Taleb

    Fooled by Randomness: The Hidden Role of Chance in Life and in the Markets

    The Black Swan: The Impact of the Highly Improbable

    Yeni buraxılışlarımızı qaçırmamaq üçün kanalımıza abunə olmağı və bu faydalı məlumatları dostlarınızla paylaşmağı unutmayın.

    Mostra di più Mostra meno
    21 min
adbl_web_anon_alc_button_suppression_t1
Ancora nessuna recensione